Son zamanlar gündəmi zəbt edən xəbərlər arasında jurnalist Səidə Bəkirqızı haqqında məlumatlar da yer alıb.Jurnalistin efirlərdə qəzəbli,aqressiv formada çıxış etməsi,müəyyən məsələlərə fikir bildirməsi bəzən izləyicilər tərəfindən də birmənalı qarşılanmır.
Bəkirqızının həmkarı,jurnalist,videobloger Bahadur Seyidov məsələyə fərqli aspektdən yanaşıb və özünün Facebook səhifəsində staus paylaşıb.
1xeber.media jurnalistin Səidə Bəkirqızı ilə bağlı paylaşılan və maraqla qarşılanan paylaşımını olduğu kimi təqdim edir:
!Hansısa bir aktual xəbəri Səidə Bəkirqızının dilindən eşitmək Allahın zülmüdür.
Təsəvvür et, sənə süd lazımdır. Səidə xanım dirəşir ki, südü kasada içməlisən. And-aman edirsən ki, mən stəkanda xoşlayıram. Deyir: içsən də, içməsən də budu.
Südü sənə verməmişdən əvvəl mətbəxdə ağzı açıq qoyur.
Yekə bir milçək gəlib südün içinə düşür. Səidə xanım mürəbbəli qaşıqla milçəyi süddən götürüb kənara atır.
Sonra barmaqlarını südün içinə salıb dadına baxır ki, çox şirindi. Gətirib bir az duz əlavə edir.
Həmin ərəfədə adamın yadına öz ana dili müəllimi düşür. Bütün “N” hərfinin bir qolunu kəsib atmaq istəyirsən.
ƏliVü-qoluVu çırmalayıb, südüVü içmək istəyirsən.
Baxırsan ki, bu südə ehtiyacın var, amma içə bilmirsən.
Səidə xanımın təqdim etdiyi südü içmək üçün o qədər ac olmalısan ki, o səni vurmasın.
Mən başa düşürəm ki, ölkədə normal sözünü deyən, cəsarətli jurnalist azdı. Əksəri filtir suyu satır: nə içində mineral var, nə vitamin, nə də böyrək daşı.
Amma Səidə xanımın satdığı süd əsl kənd inəyinin südüdür. Yaxşıdır. Amma ortaya çıxarması peşəkar deyil. “Vorzakon”, “qaqaş”, “kəndçi” formasındadır.
Süd demişkən, yadıma bir əhvalat düşdü.
Bir dəfə Səməd Vurğunla Osman Sərvərli ovdan gəlirmiş. Qayıdanda görürlər ki, evlərin birinin yanında bir qadın nəhrə çalxalayır. Səməd Vurğun Osmana deyir ki, qadından ayran alaq, içək, amma “çox sağ ol” falan demə. Təşəkkür eləmə.
Osman Sərvərli baş qoşmur. Ayranı içəndən sonra qadına təşəkkür edir. Xeyli alqış edir.
Qadın qayıdır ki: ay bala, nə etdim ki… onsuz da itin yal qabına tökəcəkdim.
Ümid edirəm ki, Səidə xanım mənim bu yazıma o qadın kimi reaksiya verməz."
Bahadur Seyidov