Вернуться назад Распечатать

"Qarabağda kimisi canı könüldən vətənə xidmət edir, Kimisi də canı könüldən cibə xidmət edir"

Deməli, Xankəndi Universitetinin Tibb Fakultəsinin Klinikası var. O tərəflərdə yaşayan yaşayanların demək olar hamısı ordan şikayətçidi.


Bu barədə ictimai fəal Haldun Novruzzadə özünün Facebook səhifəsində status paylaşıb.

1xeber.media statusu olduğu kimi təqdim edir:

"Qeyd edim ki, ora Təhsil Nazirliyinin tabeliyindədi. Klinikanın qiymətləri Bakıda ən bahalı klinikanın qiymətinə bərabərdi. Həkim qəbulu 80 manatdı, guya yerli sakinlərə 20% endirim var. Həkimlərə maaşı istədikləri kimi bölürlər tanışı olanlar daha çox maaş yazırlar, bundan əlavə Bakıdan işləməyə həkim çağırırlar, həkim işini gücünü Bakıda atır gedir ki, orda xidmət eləsin, görür ki, xəstə yoxdu, qiymətlər barədə narazıçılıq bildirəndə müqaviləsini uzatmırlar çıxarırlar işdən. Klinikaya direktor Amerikada işləmiş Samir Babayev başçılıq edir. İstədiyi qəbul qiymətini həkimlərə yazır. Bir sözlə Klinikanı Obyekt kimi idarə edirlər, xalqa, camaata faydası sıfırdı.
Qarabağda yaşayan hamı Təbibin ümidinə qalıb, adamın üstündə Allah var Təbibdən də hamı razıdı, sakinlərin özünün alacağı dərmanlara qədər verirlər. 
Qarabağda hər şey kimi Tibbi Yardım da iki məqsədə xidmət edir. Kimisi canı könüldən vətənə xidmət edir, Kimisi də canı könüldən cibə xidmət edir."