Вернуться назад Распечатать

Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır

 Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. 

1xeber.media  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

“Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” - qurum rəsmisi paylaşımında bildirib.