24 yanvar – Beynəlxalq Təhsil Günü ilə əlaqədar iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün facebook sosial şəbəkə hesabında paylaşım edib.1xeber.media paylaşımı təqdim edir.
24 yanvar – Beynəlxalq Təhsil Günü bu il #süniintellekt və təhsil mövzusuna həsr edilib. Rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir.
#Azərbaycan #iqtisadiyyat-ının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatının yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir.