Elm və təhsilyönümlü müəssisələrlə istehsalat və biznes qurumları arasında əlaqələr zəifdir.
1xeber.media xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Yüksək Texnologiyalar Parkı və bir qrup ali təhsil müəssisəsi arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanması mərasimində deyib.
Direktor artıq elm anlayışının kifayət qədər çoxşaxəli olduğuna diqqət çəkib: “Bu mənada, ölkənin aparıcı universitetlərinin bir araya gəlməsi faydalı olacaq. Bu, həm də böyük bir işin başlanğıcı deməkdir”.
Ü.Səttarova adıçəkilən istiqamətdə Türkiyə nümunəsini misal çəkib: “Məsələn, Türkiyədə 20-dən çox texnopark var. Amma bu, o demək deyil ki, onların hamısının işi səmərəli qurulub”.