Keçən il 14 min tələbənin universitetlərdən uzaqlaşdırılıb.
1xeber.media xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" jurnalında yazılıb.
Onlardan 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlə yollarını ayırıb.
Təhsil eksperti Elmin Nuri deyir ki, 14 minə yaxın tələbənin ali təhsil müəssisəsindən uzaqlaşdırılması ən böyük problemlərdən biridir:
"Bu, acınacaqlı və narahatedici haldır".