Вернуться назад Распечатать

Sadəcə bu rayonda özəl məktəb VAR

Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir.

1xeber.media Modern.az - a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Təhsilin əsas göstəriciləri" bülletenindən məlumat əldə edib.

Özəl məktəblərdə 23484 şagird təhsil alır. Özəl məktəblərin böyük hissəsi, 28-i Bakı şəhərində, 4-ü Abşeron və Sumqayıtda, 1-i Gəncə şəhərində fəaliyyət göstərir.

Regionlardan isə sadəcə Biləsuvarda özəl məktəb var. Sözügedən təhsil müəssisəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksidir. Məlumata görə, burada 548 şagird təhsil alır.