Вернуться назад Распечатать

BDU-nun Prezident təqaüdçüləri ...

Prezident İlham Əliyev ötən həftə “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.

1xeber.media  məlumatına görə, bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 16-sı Bakı Dövlət Univerisetinin 1-ci kursunda oxuyur. Onların hamısı Hüquq fakültəsinə qəbul olunan gənclərdir.

Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Bu il Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi – 36 nəfər
Azərbaycan Tibb Universiteti – 26 nəfər
Bakı Dövlət Universiteti – 16 nəfər
ADA Universiteti – 13 nəfər
Dövlət İdarəçilik Akademiyası – 5 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər
Naxçıvan Dövlət Universiteti – 1 nəfər.