Вернуться назад Распечатать

Xaricdə təhsil alanlar üçün növbəti imtahan keçirəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Bu barədə 1xeber.media  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahan buraxılış vərəqəsi”ni çap edə biləcəklər.