Вернуться назад Распечатать

"Jeep" 400 mindən çox maşını geri çağırır

"Stellantis" qrupunun bir hissəsi olan "Chrysler" şirkəti proqram təminatındakı xəta səbəbindən 419 mindən çox "Jeep" modelini geri çağıracağını elan edib. ABŞ Milli Magistral Trafik Təhlükəsizliyi Administrasiyasının (NHTSA) yaydığı məlumata görə, texniki qüsur qəza zamanı təhlükəsizlik yastıqlarının gec açılmasına səbəb ola bilər.

1xeber.media Demokrat.az-a istinadla xəbər verir ki, geriçağırılma kampaniyası 2022-2026-cı illərdə istehsal olunmuş "Jeep Grand Cherokee" və 2023-2025-ci illərin "Jeep Grand Cherokee L" modellərini əhatə edir.

Mütəxəssislər bildirirlər ki, idarəetmə modulundakı xəta yan zərbə zamanı müdafiə sisteminin fəaliyyətini ləngidir. Bu isə nəqliyyat vasitələrinin federal təhlükəsizlik standartlarına cavab verməməsi deməkdir.

Qeyd edək ki, analoji problemlər digər istehsalçılarda da müşahidə olunur. Bu yaxınlarda "Tesla" şirkəti də çəki göstəricilərinin qeyd olunduğu sertifikat nişanlarının yoxluğu səbəbindən 14 mindən çox "Model Y" avtomobilini geri çağırıb. Ekspertlər xəbərdarlıq edir ki, bu növ kiçik görünən detallar qəza riskini ciddi şəkildə artırır.