1xeber.media xəbər verir ki, Çinin “Alibaba” şirkəti 5-10 trilyon parametrə malik yeni nəsil süni intellekt modeli üzərində işlədiyini açıqlayıb.
Şirkət bu barədə Hançjou şəhərində keçirilən “Apsara” konfransında məlumat verib. Yeni modelin şirkətin hazırkı flaqman modelindən bir neçə dəfə böyük olması nəzərdə tutulur.
“Alibaba” tədbirdə həmçinin yeni süni intellekt çipi təqdim edib. “Zhenwu V900” adlı çipin əvvəlki nəsillə müqayisədə təxminən üç dəfə daha yüksək performans göstərdiyi bildirilib.
Şirkət yeni çipin kütləvi istehsalına 2027-ci ilin əvvəlində başlanmasının planlaşdırıldığını açıqlayıb. “Alibaba” bununla yanaşı, süni intellekt modelləri, çiplər və məlumat mərkəzləri daxil olmaqla texnologiyanın bütün əsas sahələrində fəaliyyətini genişləndirməyi planlaşdırır.
Xəbərin yayılmasından sonra “Alibaba”nın Honq-Konq birjasındakı səhmləri 5%-dən çox bahalaşıb.