44 günlük müharibədə canını risqə atıb, vətən-xalq yolunda xidmət göstərən həkimlərimizdən biri də Firuz doktordur. Bəlkə də yeganə həkimdir ki, minalanmış ərazidən qorxu bilmədən tibbi yardım çantası əlində qaça -qaça yaralı əsgərlərimizin fəryadına çatır. O həmin an ailə başçısı olduğunu, canının yanacağını, övladları nı unudur. Və bir həkim missiyasını layiqindən də artıq yerinə yetirir. Əsl vətən oğlu, canlı qəhrəmandır Firuz İbrahimov. Paylaşdıq ki, sizdə belə qeyrətli, vətənini canından çox sevən, torpağına sarılan, yaralı qardaşlarının harayına canını ölümə artaraq vətənin daşı olan Firuz doktoru tanıyasınız. Bax əsl kişilik nümunəsi budur. Allah şəhidlərimizə rəhmət eləsin ruhları şad olsun! Qazilərimizə can sağlığı arzulayırıq