İşğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndi yenidən tikilir, qurulur. Burada insanların rahat yaşaması üçün bütün şərait yaradılıb. Modern və müasir üslubda inşa olunan evlər zövq oxşayır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq işğaldan azad olunan rayon və şəhərlərimizdə quruculuq, yenidənqurma işləri uğurla davam etdirilir.
Ağdamda həyatın yenidən qurulması rayonun bütün sahələrinə yeni nəfəs gətirir. Bir sözlə rayonda infrastruktur layihələr uğurla icra olunur.
1xeber.media xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinin yenidən tikilərək qurulmasını əks etdirən video görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin görüntüləri təqdim edirik: