1xeber.media xəbər verir ki,Dağıstanın keçmiş təhsil və elm nazirinin müavini Dağıstanda 60 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinir; Bu barədə İstintaq Komitəsinin Telegram kanalında yaydığı məlumatda deyilir.
İstintaqın məlumatına görə, şübhəli şəxs 2013-cü ildən 2023-cü ilə qədər nazirliyin tabeliyində olan obyektlərdə təmir-tikinti işlərinə dair dövlət müqavilələrinin bağlanmasına köməklik göstərdiyi üçün kommersiya təşkilatının rəhbərindən 60 milyon rubl məbləğində rüşvət alıb.
Bundan əvvəl Moskva məhkəməsi dələduzluqda ittiham olunan Rusiya energetika nazirinin keçmiş müavini Anatoli Yanovskini həbs edib.