Azercell Telecom Zəfər Günü ilə bağlı videoçarx hazırlayıb. Animasiya tipli, fərqli formatda hazırlanan videoçarx sosial şəbəkələrdə paylaşılıb.
1xeber.media xəbər verir ki, 44 günlük Vətən müharibəsində orduya hər baxımdan dəstək olan,daim xalqın,millətin,dövlətin,ordunun yanında olduğunu hiss etdirən qurum şanlı gün münasibəti ilə Bütöv Azərbaycan xalqını təbrik edərək,"Bizimsən,Can Qarabağ,Azərbaycansan,Can Qarabağ" sözləri ilə Zəfər Gününü qeyd edib.
Azercell Telecom-un hazırladığı videoçarxı diqqətinizə çatdırırıq.
İnandıq!
Təkcə səngərlərdə deyil, həm də müxtəlif döyüş meydanlarında şücaətlə mübarizə apardıq! Birlikdə torpaqlarımızı azad etdik!
Bu zəfərdə sənin də payın var!
Zəfərimiz mübarək!
#Zəfərdəpayınvar
Bizimsən, #CanQarabağ!
Azərbaycansan, #CanQarabağ!