Вернуться назад Распечатать

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli hüquq mühafizə orqanlarındakı xidmətindən azad edilib.

1xeber.media bu barədə “Yeni Sabah”-a istinadən xəbər verir.

Xəbərə görə, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün qurum rəhbərliyinə özü raport yazıb.