Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir.
Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhvil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir.
Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.