18 noyabr 2024-cü il tarixindən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.