"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizə səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd Əl Təyyar arasında görüş keçirilib.