Вернуться назад Распечатать

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” arasında memorandum imzalandı

 

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və COP29 ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub.

1xeber.media  xəbər verir ki, görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.