1xeber.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni bir humanist addım atıb. Leyla xanımın təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün sığınacaq evi tikilib.
Bu barədə eksklüziv olaraq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 1xeber.media məlumat verib. O bildirib ki, Leyla xanım kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqları bir daha sevindirib.
Artıq onların yeni evləri var deyən, Kəmalə xanım humanist işdə əziyyəti olan hər kəsə təşəkkür edib.
Ümumiyyətlə sevindirici haldır ki, Kəmalə xanım uşaqlara qarşı bir müəssisə , təşkilat rəhbəri kimi yox, əsl ana kimi yanaşır. Onların sevgisinə mərhəmət, ülvi duyğular qatır. Artıq onların öz evləri var. Arzu edirik ki, yeni tikilən evin balaca fidanları gələcəyin həkimi, generalı, müəllimi və.s kimi vətənə, xalqımıza xidmət göstərsinlər.
1xeber.media komandası adından təbrik edirik. Xeyirli, uğurlu olsun!