1xeber.media xəbər verir ki, Yeni Yurd təşkilatının sədri Mahirə xanım Əsədova 1xeber.media açıqlama verərək Xarı Bülbül ün rəmzi mənasından danışıb. O bildirib ki, hətta 2017 ci ildə Türkiyədə Xarı Bülbül abidəsi-nin açılış törəni sanki qələbəyə aparan yola bir nişanəydi:
"2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı.
Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan müharibənin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamışdır" deyə Mahirə xanım bildirib.
Xatırladaq ki, 2017 ci ildə Türkiyədə Xarı bülbül abidəsinin açılışı olub. Açılış tədbirində Yeni Yurd təşkilatının sədri Mahirə xanım Əsədova, mərhum millət vəkili Qənirə Paşayeva və digər şəxslər iştirak ediblər.
Mövzu ilə bağlı hazırladığımız video reportajı təqdim edirik: