Вернуться назад Распечатать

Xocasəndə güclü yanğın

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.

1xeber.media xəbər verir ki, FHN-dən verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.