Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” sərnişin təyyarəsi Antaliyada eniş edərkən yanıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, yanğın eniş zamanı təyyarənin sol mühərrik hissəsində baş verib.
Yanğın nəticəsində 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib, ölən və yaralanan yoxdur.