Вернуться назад Распечатать

Xaçmazda qorxulu anlar: Avtomobil yana-yana hərəkət etdi

1xeber.media xəbər verir ki, Xaçmazda qorxulu anlar yaşanıb, belə ki yanan avtomobil hərəkət etdi.

Bu gün səhər Xaçmaz şəhərinda avtomobil yanıb.

Bu barədə Shimal.News-a məlumat daxil olub. Hadisə Alı Mustafayev küçəsində saat 9:00 radələrində baş verib. 

“VAZ” markalı avtomobil texniki nasazlıq nəticəsində alışıb. Bir müddət sonra salonunda sürücü olmayaraq hərəkət etməyə başlayıb.

Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub.