Ramzan Kadırovun anası Qəzzaya humanitar yardım göndərdi
1xeber.media xarici KİV istinadla bildirir ki,Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aimani Kadırova Qəzzaya genişmiqyaslı humanitar yardım göndərib.
Yardım çərçivəsində bölgəyə 50 min porsiya bişmiş yemək, 250 ton düyü, 200 ton un, 168 ton şəkər, 243 ton makaron və 500 ton içməli su çatdırılıb.
Proqramın əsas kuratoru Ramzan Kadırovun oğlu Adam Kadırovdur.
Qeyd edək ki, BMT yaxın günlərdə Qəzzada aclıq böhranı elan olunduğunu açıqlayıb.