"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir. Müəyyən qaydalar var. "İşsizlikdən sığorta haqqında Qanu"nun müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur".
1xeber.media BAKU.WS-ə istinadən xəbər verir ki, İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib.
Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir.: