Вернуться назад Распечатать

Səttar Möhbaliyevin daha bir adamı istefa verdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Kənd-Qida-İş" Federasiyasının sədri Tofiq Quliyev istefa verib.

 O, ərizə ilə AHİK sədri Sahib Məmmədova müraciət ünvanlayıb. 

 T.Quliyev müraciətində 27 ildir, bu vəzifədə çalışmasına, 75 yaşının olmasına, kadrlar yenilənməsinin vacibliyinə toxunub.