Вернуться назад Распечатать

Saxlanılan məşhurlardan analizlər götürüldü - Video

İstanbulda bir sıra tanınmış simalara qarşı “narkotik vasitələrdən istifadə” ittihamı ilə genişmiqyaslı əməliyyat həyata keçirilib.

1xeber.media xəbər verir ki, saxlanılan məşhurlar əvvəlcə dindirilib.

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə dair İstintaq Bürosunun rəhbərliyi ilə həyata keçirilən əməliyyat çərçivəsində Dilan Polat, Engin Polat, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Berrak Tüzünataç, Demet Evgar Babataş və Feyza Altun da daxil olmaqla ümumilikdə 19 nəfər ifadə vermək üçün ərazi üzrə jandarm komandanlığına aparılıb.

Daha sonra onlar qan, sidik və saç nümunələrinin götürülməsi üçün şəhər Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə göndəriliblər.

Əməliyyatın İstanbul Baş Prokurorluğunun tapşırığı ilə həyata keçirildiyi, prosesin “narkotik və ya psixotrop maddə istifadəsi” maddəsi üzrə aparıldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma prokurorluq nəzarəti altında davam etdirilir.qafqazinfo