1xeber.media 7NEWS.az-a istinadla xəbər verir ki, Türkiyədən olan iş adamı sosial media üzərindən ünvanladığı şikayətdə qeyd edir ki, "Bakı Abadlıq Xidməti" MMC-nin rəhbəri Bünyad Qasımov və onun kürəkəni Hacı Muradın göstərişi ilə Vüqar və Burak adlı şəxslər Ramiz Mehdiyevə 5 milyon dollar pul veriblər. İş adamı qeyd edir ki, vəsaiti səliqəli şəkildə paketləyərək orta ölçülü çamadanla Ramiz Mehdiyevin evinə çatdırıblar.