Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. Bu, həmçinin daha çox vətəndaşımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir.