Bakıda "Wolt" şirkətinin kuryerleri aksiya keçirirlər.Kuryerlər 50 nəfərin profili səbəbsiz yerə bloklandığı üçün heç bir sifarişi qəbul etmirlər.
Kuryerlərdən biri Vasif Əliyev saytımıza bildirib ki, profilləri bloklanıb və qiymətlər olduqca aşağı salınıb: "Bu gün 50-dən çox kuryerin profili bağlanıb. "Wolt" şirkətinə müraciət etsək də, onlar bu müraciətlərə baxmırlar və heç bir səbəb göstərmirlər. Buna görə də, məsələ həll olunana qədər heç bir sifarişi götürməyəcəyik."