Baş prokuror Kamran Əliyev dekabrın 6-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Məlumata görə, qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.