Вернуться назад Распечатать

İş adamı Mahirə Əsədova obyektiv araşdırmaya görə Kamran Əliyevə təşəkkür etdi-VİDEO

21 milyonluq "SONAR FARM" şirkətinin ələ keçirilməsi haqqında iddia olunan qalmaqallı məsələnin gedişində yeniliklər var. Bu haqda bir qədər sonra.  

1xeber.media xatırladır ki,"SONAR FARM"-ın qurucusu,50 faiz pay sahibi olan Mahirə Əsədova  iddia edir ki, xəbəri olmadan sahibi olduğu şirkətin notarial qaydada digər şəxsin adına qanunsuz keçirilməsi ilə bağlı məslənin həllini artıq hüquq müstəvisində çözməyə çalışır və toplanmış bütün materialları,səs yazılarını Binəqədi rayon Pİ təqdim edib,aparılan araşdırma zamanı bütün şahidlər lazımı ifadələrini verib,lakin şikayət üzrə cinayət işi başlanılmayıb.

Qeyd edək ki,proseslə  ilk öncə azərbaycanlı vəkil məşğul olsa da,hazırda iş türkiyəli hüquq müdafiəçisi İbrahim Köşdereyə həvalə olunub.Vəkil dəyişkənliyinin səbəbini öyrənmək istədikdə Mahirə Əsədova bildirdi ki,bu vəkilin şəxsi məlumatlarıdır və qanuni baxımdan açıqlamağı düzgün hesab etmir.Sadəcə müəyyən ciddi səbəblər olduğuna görə hüquqlarının müdafiəsini türk vəkil İbrahim Köşdereyə həvalə edib.

Xatırladaq ki,İ.Köşdere işlə tanış olduqdan sonra ilk öncə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə müraciət edib və məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verilməsini istəyib.

"SONAR FARM"-ın qurucusu Mahirə Əsədova  işin gedişatı və hazırki durumu ilə bağlı məsələyə aydınlıq gətirib. Əsədovanın hüquqlarını müdafiə edən vəkil İ.Köşdere məsələ ilə bağlı müsbətə doğru irəliləyişlərin olduğunu bildirib,müvəkkilləri və öz adından Baş Prokuror Kamran Əliyevə,eyni zamanda  Binəqədi rayon prokurorluğuna məsələyə obyektiv şəkildə yanaşdıqlarına görə təşəkkür etdiyini də dilə gətirib.

Vəkilin sözlərinə görə Binəqədi prokurorluğu rayon polis idarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 iyul 2025-ci il tarixli qərarı ləğv edib və material əlavə araşdırma aparılması üçün yenidən Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə həvalə edilib.

Qeyd edək ki,zərərçəkən tərəf olduğunu iddia edən M.Əsədova və vəkili məsələnin Binəqədi rayon polis idarəsində araşdırılmasını istəmir və işşin  yenidən ya prokurorluqda,yaxud  da digər  yuxarı instansiyalarda araşdırılması üçün  müraciət edirlər.

Məsələ diqqətimizdədir.