1xeber.media xəbər verir ki,XALQ-a daxil olan məlumata görə Suraxanı rayonu Binə qəsəbəsi Məmməd Zamanlı küçəsində hasara alınmış ərazidə qanunsuz qazıntı və söküntü işləri müşahidə olunub.
Həmin ünvanda ağır texnikalarla qazıntı və söküntü işləri aparılılaraq tikintiyə hazırlıq həyata keçirilir.
Qeyd olunan ünvanda hasara alınmış ərazidə hər hansı bir tikinti işlərinin aparılması Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq bazasında məlumat olmadığı qeyd olunur.
Rəsmi heç bir icazə alınmadan görülən işlərlə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən “razılıq” əsasında görüldüyü bildirilir.