Вернуться назад Распечатать

Putinə ağır itki: “Bunun ciddi nəticəsi olacaq”

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya Suriyadakı hərbi bazalarını itirə bilər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərə görə, Suriyada baş verənlər Kremli ciddi nəticələrlə təhdid edir. Rusiya Tartusdakı hərbi dəniz bazası ilə Aralıq dənizində özünə yer eləyib, buradan NATO-nun cənub cinahını təhdid altında saxlayır.