Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür.
Bu sözləri politoloq Asif Nərimanlı Suriyanın devrilmiş lideri Bəşər Əsədin Rusiyadan sığınacaq alması və Moskvaya yerləşməsi haqda qeyd edib.
“Əsədin son günlərində Qərblə İranı Suriyadan çıxarmaq qarşılığında hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratdı. Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir.