Gələn ildən pensiyaların sığorta hissəsi təxminən 9% artacaq.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev açıqlamasında bildirib ki, pensiyaların baza hissəsi ləğv edildiyindən indi yalnız sığorta hissəsi qalıb. Bu da pensiya məbləğinin özünü formalaşdırır ki, indeksləşdirmə zamanı məbləğə nəzərdə tutulan faiz sığorta hissəsinə də təsir edir.
Musa Quliyev əlavə edib ki, minimum pensiyanın 320 manat məbləğində olacağı proqnozlaşdırılır.