Вернуться назад Распечатать

Lökbatan dairəsinin yaxınlığında olan ərazi yağış sularından təmizlənir

 Bir neçə gündür davam edən intensiv yağışlardan sonra Bakının müxtəlif ərazilərində yağış suyunun kənarlaşdırılması ilə bağlı işlər görülür.

Bu barədə 1xeber.media-ya  ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Məlumata görə,Qaradağ rayonunda Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsinin yaxınlığında olan hissəsi və Lökbatan körpüsünün altına yığılan su nasos vasitəsilə çəkilir.