Son dövrlərdə ölkə səhiyyəsində tibbi təhsili olmayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Müxtəlif vaxtlarda belə hallara dair məlumatlar yayılsa da, ictimai narahatlıqların davam etdiyi bildirilir.
Uzun müddətdir ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu istiqamətdə araşdırmalar apararaq diplomu olmayan və ya qanunsuz tibbi fəaliyyət göstərdiyi iddia edilən şəxslərlə bağlı siyahılar paylaşır.
Jurnalist bu dəfə Gülsüm Əliyeva adlı şəxslə bağlı iddialar irəli sürüb. Onun sözlərinə görə, həmin şəxsin həkim diplomu olmadan cərrahi əməliyyatlar apardığını göstərən video sübutlar mövcuddur. İddialarda qeyd olunur ki, Gülsüm Əliyevanın tibbi təhsili yoxdur və o, karyerasına Respublika xəstəxanasında baş həkimin katibəsi kimi başlayıb, daha sonra isə cərrahiyyə sahəsində fəaliyyətə keçib.