Bir tərəfdə qazırlar, bir tərəfdə daşıyırlar, bir tərəfdə beton tökürlər, bir tərəfdə fəhlələr işləyir. Yəni bir gecədə bir neçə iş. Səs səsə qarışıb.
1xeber.media xəbər verir ki,bu barədə jurnalist Nigar Sabirqızı paylaşım edib.
“Avant”ın hər gecə ətrafdakı bina sakinlərinə göstərdiyi “hünəri”. Niyə hünər? Çünki bu şirkətin rəhbəri saat 00.00-dan sonra səs-küy yaratmağın qadağan olunduğunu bilə-bilə qanunu pozursa, deməli qanunu pozmaq “hünəri” çatır. Bunu paylaşmaqla məsələnin düzəlməyəcəyini bilirəm. Sadəcə göstərmək istəyirəm ki, qanunu pozan “Avant”a nə söz keçir, nə də cəza.