Azərbaycanın turizm potensialı 2026-cı ildə Yaxın Şərqdə təbliğ olunacaq.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2026-cı il üçün Yaxın Şərq ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə "VATA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 674.900 AZN məbləğində müqavilə bağlayıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində silsilə "roadshow" xarakterli B2B tədbirlər, həmçinin Küveyt, Oman, Bəhreyn və Qətərdə işgüzar görüşlər təşkil edilir.