Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum şəxslərə verilən birdəfəlik sosial ödənişin artırılmasını şərh edib.
Bununla bağlı nazirlikdən verilən məlumata görə, yeni qanunvericilik aktları ilə həmin şəxslər ilk dəfə işə düzəldikləri zaman onlara verilən birdəfəlik sosial ödəniş 5231 manatdan (o cümlədən 265 manat kompensasiya və hazırda orta aylıq əməkhaqqının beş mislindən az olmamaqla 4966 manat) 15 faiz artırılmaqla birdəfəlik müavinət olaraq 6000 manata çatdırılıb.