“Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir”.
1xeber.media xəbər verir ki, bu sözləri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, insan öz sözləri, davranışları və əməlləri ilə tanınır:
“Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar.
Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam.