Oman Hərbi Dəniz Qüvvələrinin vertolyot heyəti Ərəbistan dənizində MT Marivex tankeri raket hücumuna məruz qalan 24 hind dənizçisini xilas etdi.
1xeber.media xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat verib.
"MT Marivex-ə raket hücumundan sonra sürətli reaksiya Agentliyin X sosial media platformasında (əvvəllər Twitter) verdiyi açıqlamada deyilir: "MRCC (Dəniz Xilasetmə Koordinasiya Mərkəzi – Red.) Mumbay dərhal Omanla koordinasiyaya başladı və 24 nəfərin xilas edilməsini təmin etdi".
Qeyd olunur ki, hücuma məruz qalan gəminin bütün heyəti artıq təhlükəsizdir. Hind okeanı boyunca "hindistanlıların həyatını qorumaq öhdəliklərində sarsılmaz" qalan vertolyotlar və hərbi personal təxliyədə iştirak edib.