Вернуться назад Распечатать

Yanvarın 1-dən MAAŞLAR ARTACAQ-MƏBLƏĞ-VİDEO

2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının artırılması 440 mindən çox çalışanın maaşına birbaşa təsir edəcək.

1xeber.media Dövlət Statistika Komitəsinin 2023-cü ilə dair açıqladığı məlumata istinadən xəbər verir ki, ölkəmizdə 39 208 muzdlu işçi minimum həddən az maaş alır. Daha 405 251 nəfər isə ayda 345-400 manat aralığında maaş alan şəxslərdir.

Ümumilikdə 444 min nəfər 400 manata qədər aylıq əməkhaqı ilə çalışır. Bu qədər insan cəmi işçilərin 27 faizdən çoxunu təşkil edir.