Вернуться назад Распечатать

Rövşən Rüstəmovun "relslər altında əzilən" idarəçiliyi!-VİDEO

"Dövlətin açdığı qatar xəttini alver mənbəyinə çevirdilər!" – 5 ildən çoxdur Bakı-Tbilisi sərnişin qatarının bərpasını gözləyən Azərbaycan vətəndaşlarının sevinci rəsmən qursağında qalıb. Jurnalist Arifə Əliyevanın "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin rəhbərliyinə qarşı irəli sürdüyü şok ittihamlar ölkə mediasının gündəmini silkələyib. Süni zəka əsrində, burdan-bura cəmi 600 kilometr məsafədə yerləşən qonşu ölkəyə bir qotur bilet tapmağın müşkülə çevrilməsi kütləvi etirazlara səbəb olub. Onlayn sistemdə biletlərin qeybə çəkilməsi, rəsmi qurumların yalan vədlərinə inanaraq Gürcüstana gedən vətəndaşların isə dönüş bileti tapmayaraq orada faktiki olaraq "girov" vəziyyətinə düşməsi bərbad idarəçiliyi ifşa edib. ADY sədri Rövşən Rüstəmovun iki dövlət rəhbərinin mühüm razılaşmasını öz yarıtmaz sistemi ilə necə üzünə-gözünə bulaşdırdığının və relslər altında qalan idarəçiliyin şok detalları süjetimizdə!