"Dünən səhər saatlarında “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb”.
1xeber.media Sitat.info- ya istinadən xəbər verir ki, bu barədə "online Vladikavkaz" telegram kanalı məlumat yayıb.
Eyni zamanda “Bez Tormozov” kanalı da xəbər verir ki, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb.
Bəzi məlumatlara görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib.
Qeyd edilib ki, Azərbaycana məxsus təyyarə də məhz bu HHM ilə vurulub.
Həmin görüntüləri təqdim edirik: