Qəzadan sonra ona zəng etdim. 29 saniyə danışdıq. Son sözü "vəziyyətim yaxşı deyil" oldu.
1xeber.media xəbər verir ki, bunu Bizim.Media-ya təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev deyib.
"35 ildir ki, yaxın dost idik. Çox gözəl pilot və ailə sahibidi idi. Məhləmizə elə insan heç vaxt gələ bilməz. Nəvəm zəng elədi ki, İqor əmi qəzaya düşüb. Anında zəng etdim, 12:29-da danışdıq. Sadəcə 29 saniyə danışdıq. Səsi batmışdı".