Вернуться назад Распечатать

Lənkəranda genişmiqyaslı asfaltlanma: 15 küçə əsaslı təmir edilir -VİDEO

Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətdə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisindəki 15 küçədə əsaslı təmir və asfaltlanma işlərinin aparılması nəzərdə tutulub.

Yenidənqurma işləri çərçivəsində asfalt örtüyü döşənəcək küçələrin tam siyahısı müəyyənləşdirilib. Tədbilər Planına əsasən, Arif Bağırov, M.Maqomayev, Nizami, Ş.Xiyabanı döngə 4, Emil Qurbanov (bir hissəsi), Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Hənifə Abdullayev dalan 1, Kamil Kazımov döngə 1, Barat Şükürov,  Natiq Manafov və M.M.Axund küçələrində (bir hissəsi)təmir işləri həyata keçiriləcək.